1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Pedro Enrike: "Onu itələdim"
"Qarabağ"ın futbolçusu Pedro Enrike Topaz Premyer Liqasının 15-ci turunda "Qəbələ" ilə 0:0 bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Böyük oyun idi. Derbidə üz-üzə gəldik. Komanda olaraq yaxşı çıxış etdik. Düşünürəm ki, bu nəticədən daha çoxuna layiq idik. Yaxşı oynamaqla heç nə həll olunmur. Əsas topu rəqib qapıdan keçirtməkdir. Bu isə alınmadı. Komanda olaraq yaxşı oyun sərgilədik.
- Hücum xəttində Dino Ndlovunun yoxluğunu hiss etdinizmi?
- Dino yaxşı futbolçudur. Mahir də gəncdir. İnkişaf edir. Elə oyunlar olub ki, matçın taleyini həll edib. Bəzən elə matçlar olurdu ki, Dino da qol epizodlarından istifadə edə bilmirdi. Hər ikisi yaxşı futbolçudur. Hücumameyilli oyunçularımızdan razıyam.
- Stankoviçlə mübarizədə nə baş verdi. Birinci hissədə də qol vurdun həmin epizodla bağlı nə deyə bilərsən?
- Bu, oyunda baş verən hadisələrdir. Oyunda da qalır. Mən düşünürdüm ki, penalti var, o isə inkar edirdi. Sadəcə, mübahisə oldu. Qol epizoduna gəldikdə, düşünürəm ki, onu itələdim. Qayda pozuntusu var idi.