1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vüsal İsgəndərli: "Uda bilmiriksə, uduzmamalıyıq" - MÜSAHİBƏ
"Zirə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin Sportnet.az-a müsahibəsi
- Qış fasiləsindən sonra ilk matçda "Sumqayıt”la heç-heçə etdiniz. Bu oyunla bağlı nə deyə bilərsən?
- Çempionatın ikinci dövrəsinin ilk oyunu idi. Biz çətin olacağını bilirdik. Təzə futboçularımız var. Həm də ab-hava bizim üçün təzəydi. Dövrə təzə başladığı çətinlik çəkə bilərik. Əsas odur ki, xal qazandıq. Buna da şükür etmək lazımdır.
- Heç-heçə "Zirə” üçün önəmli nəticə sayılır?
- Bu matçda hər şey ola bilərdi. Qələbə də qazana bilərdik, məğlub da ola bilərdik. Uda bilmiriksə uduzmamalıyıq. Düşünürəm ki, 1 xal da bizim üçün yetərlidir. Uduzmadığımıza görə sevinirik.
- Komandanın yeganə qolunu sən vurdun…
- Qol vurduğuma görə çox sevinirəm. Komandanın lazımlı futbolçularından olmaq istəyirəm. Qol vurmaqla "Zirə”nin fəqlənən futbolçusu olmaq arzusundayam. Baş məşqçiyə də təşəkkürümü bildirirəm. Mənə hər oyun güvənir və şans verir. Oyundan öncə də hər iki məşqçimiz mənimlə danışdı. Qol vurcağıma inandırdılar. Mən də bu etimadı doğrultdum.
- "Zirə” bəzi sərfəli epizodlardan istifadə edə bilmədi. Komandada nə çatmırdı?
- Bu matçda həqiqətən çox istəkliydik. Qələbə qazanmağı fikirləşirdik. Mənim də istifadə edə bilmədiyim qol epizodum oldu. Mirsahib də mənim kimi yaralana bilmədi. Bu oyunu unudub, "Qəbələ” ilə matça hazırlaşacağıq.
- Qarşılaşmanın hakimləri barədə nə deyə bilərsən? Oyunun idarəçiliyindən razısan?
- Baş hakim Əliyar Ağayev idi. O da necə lazımdır oyunu idarə etdi.
- "Zirə” "Qəbələ” ilə matçın birinci hissəsində sanki passiv idi. İkinci hissədə komanda daha yaxşı təsir bağışlayırdı. Hücumda daha aktiv idi. Ayxan Abbasov fasilədə sizə hansı tapşırıqları verdi?
- Ayxan müəllim bizə fərqli bir söz demir. O, bizə özümüzə inanmağımızı və güvənməyimizi söyləyir. Düşünürəm ki, ən azından onun tapşırıqlarını yerinə yetirməyə çalışdıq.
Təbriz QULİYEV