1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Şüvəlan"ın futbolçusundan "Qarabağ" üçün daha 15 qol - FOTO
Futzal üzrə Birinci Liqanın XV turu çərçivəsində keçirilən "Romana” – "Qarabağ” oyunu maraqlı göstərici ilə yadda qalıb.
Sportnet.az-ın məlumatına görə, 29:3 hesabı ilə qələbə qazanan "Qarabağ” komandasının qollarından 15-ni peşəkar futbolçu Orxan Səfiyaroğlu vurub. Bu, cari mövsümdə bir oyunçunun bir matçda vurduğu ən çox qoldur. Buna qədər rekord Rüfət Hüseynova məxsus idi. O, XII turda "Gilan”la qarşılaşmada 12 dəfə fərqlənib. 28 yaşlı yarımmüdafiəçi mövsümün rekordunu yeniləməklə yanaşı, bombardirlər cədvəlində də zirvəyə yüksəlib.
Səfiyaroğlu müqavilə üzrə I Divizionda mübarizə aparan "Şüvəlan" klubunun üzvüdür. Lakin qaydalara əsasən, I Divizionda çıxış edən futbolçu futzal üzrə Birinci Liqada da oynaya bilər. Bu səbəbdən, "Qarabağ" futzal komandasının bir neçə oyunçusu peşəkar futbolçudur. Komandanın rəhbəri və məşqçisi isə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi və "Qarabağ"ın əsas komandasının kapitanı Rəşad Sadıqovun qardaşı Kamran Sadıqovdur.