1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Amil Yunanov: "Bu komandaya qarşı oynamaq çətindir" - MÜSAHİBƏ
"Sumqayıt"ın hücumçusu Amil Yunanov evdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının XVI tur oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, ikinci qolun müəllifi öncə oyun haqda danışıb.
- Çətin oyun oldu. Biz də ciddi hazırlaşmışdıq və qələbə qazandıq. "Neftçi” ilə yaxın pillələrdə qərarlaşmışıq. Bu matçda qələbə qazanmalı idik ki, xal fərqini artıraq.
- Birinci hissədə "Sumqayıt” üstün oldu. İkinci hissədə isə rəqib təşəbbüsü ələ aldı. Bu, nə ilə bağlı idi?
- Oyunun gedişatı belə gətirdi. Öndə olan komanda müdafiəni fikirləşməyə məcburdur. Buna görə rəqibi əks-hücumlarda yaxalamaq istəyirdik.
- Rəşad Sadiqov qırmızı vərəqə alandan sonra rəqib 10 nəfərlə qaldı. Bu halda da üstünlük "Neftçi”də idi. Müdafiədə oturmaq sizə verilmiş xüsusi tapşırıq idi?
- "Neftçi” zəif rəqib deyil. Bu komandaya qarşı oynamaq həqiqətən də çətindir. Rəqibi əks-hücumda yaxalamağı planlaşdırırdıq. 2 qol vurduq. Əsas məqsədimiz qol buraxmamaq idi. Bunu da bacardıq.
- Rəşad Sadiqov penalti olmadığını söylədi. Sən həmin epizodu gördün?
- Həmin epizoddan uzaqda idim. Bu barədə dəqiq bir şey söyləyə bilmərəm. Epizoda baxmamışam.
- Ən yaxın izləyicinizlə xal fərqi artdı. 4-cü yer üçün rahat oynamaq olar?
- Komandalar bir-birilərinə yaxın pillələrdə qərarlaşıb. 1-2 oyun uduzsaq, o biri rəqiblər bizə çatar. Bacardığımız qədər xal ehtiyatımızı çoxaltmalıyıq.
- Yığma barədə fikirlərin maraqlı olardı. Qollar vurmağa başlamısan...
- Dəvət gəlsə, canla-başla oynamağa hazıram.
- Qurban Qurbanov bu barədə sənə nəsə deyibmi?
- Xeyr. Heç nə deməyib.
- Bombardir Baqali Dabodur. Onu keçmək iddian varmı?
- İddia çempionat başlamamışdan öncə olur. Bombardir olsam, özümə inam artar. Hələ heç nə bitməyib. Hər şey qabaqdadır.
- Bunun üçün istək var?
- Əlbəttə var.