1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Püşkü atıldı: "Milan" "Arsenal"a rəqib oldu - YENİLƏNDİ
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin püşk atılıb.
Sportnet.az xəbər verir ki, "Arsenal", "Atletiko", "Milan" kimi komandaların rəqibləri müəyyənləşib.
"Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
"Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)
"Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" Moskva, Rusiya)
MOİK (Moskva, Rusiya) - "Lion" (Fransa)
"Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Plzen, Çexiya)
"Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)
"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)
-----------
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da başlanacaq tədbir zamanı cütlərin tərkibi "kor püşk"ə əsasən müəyyənləşəcək. Yəni, komandaların səpələnmişlər və səpələnməmişlər səbətlərinə, eləcə də ölkə bölgüsü aparılmayacaq. Yeganə istisna odur ki, Rusiya və Ukrayna komandaları bir-birilərinə rəqib olmayacaqlar.
1/8 finalçılar bunlardır: "Milan" (İtaliya), "Arsenal" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Atletik" (Bilbao, İspaniya), "Atletiko" (Madrid, İspaniya), "Marsel" (Fransa), MOİK (Moskva, Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Latsio" (İtaliya), "Lokomotiv" Moskva, Rusiya), "Leyptsiq" (Almaniya), "Viktoriya" (Plzen, Çexiya), "Zalsburq" (Avstriya), "Sportinq" (Portuqaliya), "Lion" (Fransa), "Zenit" (Rusiya)
Qeyd edək ki, oyunlar martın 8-də və 15-də keçiriləcək. İlk görüşlər adları birinci göstərilən komandaların meydanında təşkil olunacaq.