Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, Topaz Premyer Liqasının VII turunun "Bakı” – "Araz Naxçıvan” matçının 78-cu dəqiqəsində "Bakı” klubunun məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 1000 manat cərimə olunur (maddə 62).
Topaz Premyer Liqasının VII turunun "Neftçi” – "Qarabağ” matçında "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının VII turunun AZAL – "İnter” matçında AZAL və "İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının VII turunun "Qəbələ” – "Xəzər Lənkəran” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).