Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son oyununda "Qarabağ" və "Kəpəz" komandaları üz-üzə gəlib. "Azərsun Arena"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 85-ci dəqiqədə Riçard Almeyda vurub. Bununla da "Kəpəz" Yunid Hüseynovun baş məşqçi olduğu dövrdə növbəti məğlubiyyətlə üzləşib və 7 xalla sonuncu pillədə qalıb. Xallarını 44-ə çatdıran "Qarabağ" isə ən yaxın izləyicisi "Qəbələ" ilə xal fərqini 9-a çatdırıb.
"İnter Arena"da "Keşlə" "Sumqayıt"ı qəbul edib. Görüş qonaqlarınl 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 2-ci dəqiqədə penaltidən qonaq komandanın futbolçusu Tural Axundov açıb.
Bundan 10 dəqiqə sonra "Sumqayıt" daha bir qol vurub. Bu dəfə müdafiəçi Rail Məlikov qapıçı Fərhad Vəliyevlə anlaşmazlıq nəticəsində topu öz qapısına göndərib. Lakin 90-cı dəqiqədə qonaqlar qələbə topunu vurmağa müvəffəq olub.
Topaz Premyer Liqası, XVII tur
25 fevral (bazar)
15:00. "Keşlə” – "Sumqayıt” 1:2
Qollar: Rail Məlikov, 12 (avtoqol) - Tural Axundov, 3. Rəşad Eyyubov, 90
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Elşən Acalov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
"İnter Arena”
18:00. "Qarabağ” – "Kəpəz” 1:0
Qol: Riçard Almeyda, 85
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cəmil Quliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Azersun Arena”
Qeyd edək ki, ilk oyun günündə "Səbail" "Qəbələ"ni 2:1 hesabı ilə yenib. "Neftçi" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 1:1.