1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavid İmamverdiyev: "Hamımız bu ölkənin övladlarıyıq"
Topaz Premyer Liqasının 17-ci turunda səfərdə "Keşlə"yə 2:1 hesabıyla qalib gələn "Sumqayıt"ın futboçusu Cavid İmamverdiyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi öncə oyun haqda fikirlərini səsləndirib:
- Özümüzə bənzəmirdik. İlk hissədə və fasilədən sonra istədiyimiz oyunu sərgiləmədik. İkinci hissənin sonlarında özümüzə gəldik. Ona görə də, "Keşlə” üçün asan oldu. Sona qədər mübarizə apardıq və qalib gəldik. Komanda yoldaşlarımı da təbrik edirəm. "Keşlə”yə də uğurlar arzulayıram. Növbəti oyunları düşünməliyik. Qarşıda bizi "Qarabağ”la matç gözləyir.
- İsətdiyiniz kimi oynamadığnızı dediniz. Bunun səbəbi "Neftçi”nin xal itirməsi ola biər? Komandada rahatlıq var idi?
- Xeyr. Heç vaxt öz oyunumuzu başqa komandaya görə analiz etmirik. Biz öz oyunumuz sərgiləyirik. Qələbə qazanmaq və buna nail olduq.
- Qələbə qolunu çılğın şəkildə qeyd etdiniz. Komanda sanki avrokuboklara vəsiqə qazanmışdı...
- Avropa Liqası söhbətinə görə deyildi. Oyunun son anları gedirdi və hesab da bərabər idi. Vurulan qol da belə sevinc yaşatdı. Bizim yerimizə "Keşlə” də olsaydı, belə qeyd edəcəkdi. Hamımız bu ölkənin övladlarıyıq. Sevindik ki, belə mübarizə apardıq. Son saniyədə vurulan qol da bizə belə an yaşamağı nəsib etdi.
- Artıq "Neftçi”ni 7 xal qabaqlayırsız. Bu, həlledici ola bilər?
- Bizim üçün fərqi yoxdur. Öz oyunumuza baxırıq. İddialı komandayıq. Nə qədər qabağa getsək, o qədər yaxşıdı. Azərbaycanlı futbolçulardır. Ona görə də fəxr edirəm.
- "Neftçi” ilə həm 4-cü yer uğrunda, həm də ölkə kubokunda mübarizə aparırsız…
- Biz kubokla çempionat oyununda fərq qoymuruq. Öz oyunumuzu sərgiləyirik. Bizdə elə düşüncə yoxdur ki, kubokla çempionat oyununda fərq qoyaq. Bunu Samir müəllim də tapşırıb. Hər iki cəbhədə mübarizə aparacağıq.
- Ardıcıl 2-ci qələbəni qazandınız. Paltardəyişmə otağında da sevinciniz hiss olunurdu. Sizə mükafat söz verilibmi?
- Mükafat hər oyundan sonra olur. Rəhbərliyə də təşəkkür edirik. Hər şey qaydasındadı. Klub prezidentinin də ad günü idi. Ona görə səs-küy daha da artmışdı.
- "Keşlə” ilə kubokun yarımfinalında da oynayacaqsız. Bu qələbə arxayınlıq yaratmayacaq?
- Xeyr. Bizə fərq etmir. Hər matç öz oyunumuzu sərgiləyirik.
- Bu gün səndən irəlidə hücumda Ülvi İsgəndərli çıxış edirdi. Anlaşmanız necə idi?
- Ülvi gənc və perspektivlidir. Onun oyunu xoşuma gəlir. İnşallah, bizə gələcək matçlarda kömək edəcək.