1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Bu qələbə düzgün yolda olduğumuzu göstərdi"
Topaz Premyer Liqasının XVIII turunda səfərdə "Qəbələ”yə 2:1 hesabı ilə qalib gələn "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
- Komanda bu gün iradə, əzmkarlıq nümayiş etdirdi. Fikrimcə, bu gün layiqli qələbə qazandıq. Əvvəl də demişdim ki, pillə-pillə irəliləyəcəyik. Bura gəlib bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Oyun yüksək yempdə keçməsə də, yaxşı oynadıq. Uşaqların oyunundan razı qaldım, onları təbrik etdim. Üçüncü dövrə başlayanda da demişdim ki, komanda yavaş-yavaş inkişaf edəcək. Bugünkü nəticə də göstərdi ki, düzgün yoldayıq.
- Rəhbərlik dəyişdikdən sonrakı qısa müddətdə klubda nə dəyişib?
- Bu barədə fikirləşməmişəm. Komandamın oyunlarına köklənmişəm. Bunlara vaxt ayırmıram. Klubun idarə heyəti, sponsorları, rəhbərliyi var. Dəyişikliyi onlar edib. Mən bu işlərə qarışmıram.
- "Qəbələ” həm də kubokun yarımfinalında rəqibinizdir. Bugünkü matçdakı qələbə sizə finala vəsiqə qazanmaq baxımından nə dərəcədə inam yaratdı?
- Qarşıda hələ oyunlarımız, fasilə var. Bu barədə düşünməmişik.
- Qapıda gah Səlahət Ağayevə, gah da Rəşad Əzizliyə şans verirsiniz. Bu, nə ilə əlaqədardır?
- Bu gün Rəşad daha hazırlıqlıdır. Onun keçən oyunda şans qazanmamasına səbəb qrip olması idi. Həm Rəşad, həm də Səlahət eyni səviyyəli qapıçılardır. Gələcəkdə Səlahət də şans qazanacaq. Bu vaxt həmin şansdan istifadə edə bilər. Kim daha hazırlıqlıdırsa, o da oynayacaq.