1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Abışov: "Çox pis ağrı hiss etdim"
"Çətin səfər oldu. Çempionluğa oynayan komanda ilə qarşılaşdıq. Çoxdandır burada qələbəmiz yox idi. Bu tilsimi də qırmaq istəyirdik. Sevinirik ki, bu gün meydanda sonadək komanda şəklində mübarizə apardıq və lazımi nəticəni qazandıq".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Ruslan Abışov səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XVIII tur matçından sonra deyib. Abışov matçın gedişini də dəyərləndirib: "İlk hissədə "Qəbələ"nin elə də qol epizodu yox idi. Sadəcə, cinah ötürməsindən sonra bəxtsiz qol buraxdıq. Lakin sonda qələbə qazandıq. Bu oyundan nəticə çıxararaq, qarşıdakı görüşlərdə daha məsuliyyətli çıxış edəcəyik".
Təcrübəli müdafiəçi bütün komandanı və məşqçi heyətini oyunun qəhrəmanı saydığını bildirib: "Hamı - meydanda olan və meydandan kənardakı futbolçular qələbə qazanmağımızı istəyirdi. Mən də belə düşünürəm ki, bundan sonrakı oyunlarda hər zaman belə kollektiv olmalıdır. Oynayan və oynamayan futbolçular komandanın qələbəsinə inanmalı və dəstək olmalıdırlar".
Oyun vaxtı zədələnməsinə də aydınlıq gətirən Azərbaycan millisinin üzvü "Doğrudan da çox pis ağrı hiss etdim. Yenə də bir qədər ağrı qalıb. Amma sabahdan müalicəyə başlayacağam ki, qarşıdakı görüşlərdə ağrı olmasın" deyib.
Təcrübəli müdafiəçi bildirib ki, artıq bu oyunu unudaraq, "Keşlə" ilə növbəti tur qarşılaşmasına hazırlaşacaqlar. Onun fikrincə, tədricən hər şey qaydasına düşəcək.
Abışov ölkə kubokunun yarımfinalında "Qəbələ" ilə oyunların daha ağır keçəcəyi fikrinə isə belə münasibət bildirib: "Şanslar 50-nin 50-yə nisbətindədir. Bugünkü görüş də göstərdi ki, kim daha çox istəyirsə və kollektiv mübarizə aparırsa, qələbəni də o qazanmaq istəyir. Düzdür, kubokdakı oyunlarımız çətin olacaq. Amma hələ heç nə bilinmir. Çempionat qarşılaşmalarından sonra kubok barədə fikirləşəcəyik".
Qeyd edək ki, Ruslan Abışov "Qəbələ" ilə matçda zədələnsə də, sonadək mübarizəni davam etdirib.