
"Keşlə"nin futbolçusu Slavik Alxasov Topaz Premyer Liqasının XVIII turunda "Zirə" ilə səfər matçında xoşagəlməz halla üzləşib.
Sportnet.az xəbər verir ki, sol cinah müdafiəçisi rəqib oyunçu ilə toqquşub və dili qatlanıb. Həkimlərin müdaxiləsindən sonra özünə gələn futbolçu oyunu davam etdirib.
Qeyd edək ki, Alxasov matçın 73-cü dəqiqəsində vurduğu qolla komandasını önə çıxardıb - 2:1