1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Slavik Alxasov: "Naşatır spirtinin qoxusuna özümə gəldim"
"Rəqib futbolçu ilə hava mübarizəsi zamanı yerə çox pis düşdüm. Nəticədə özümdən getdim".
Sportnet.az-ın məlumatına görə, bunu "Report”a açıqlamasında "Keşlə" komandasının futbolçusu Slavik Alxasov Azərbaycan Premyer Liqasının XVIII turunda "Zirə" ilə səfər matçının 90-cı dəqiqəsində huşunu itirməsinə aydınlıq gətirərkən deyib.
25 yaşlı sol cinah müdafiəçisi bildirib ki, həkimlərin müdaxiləsindən sonra özünə gəlib və özünü yaxşı hiss etdiyi üçün oyunu davam etdirib: "Həkimlər vaxtında yardım göstərdilər. Naşatır spirtinin qoxusuna özümə gəldim. Ürəkbulanmam vardı. Açığı, bir az qorxdum. Lakin sonra toparlanıb oyuna davam etdim. Artıq özümü yaxşı hiss edirəm. Heç bir problem yoxdur”.
Qeyd edək ki, oyun "Keşlə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Alxasov matçın 73-cü dəqiqəsində komandasının qələbə qoluna imza atıb.