"Keşlə”nin futbolçusu Slavik Alxasovun Sportnet.az-a müsahibəsi
- "Zirə” ilə oyunda komandanız daha yaxşı futbol sərgilədi və 2:1 hesabı ilə qalib gəldi. Qələbəni nə ilə əlaqləndirərdiniz?
- Bizim komanda hələ təzədir. Yeni oyunçulara uyğunlaşmaq üçün bir az vaxt lazımdır. Yavaş-yavaş bir-birimizə öyrəşirik və oyunumuz alımağa başlayır.
- Yuri Maksimov əvvəl rəhbərliyi altında çıxış etdiyiniz məşqçilərdən hansı keyfiyyətlərinə görə fərqlənir?
- Hər məşqçinin öz oyun üslubu, taktikası var. Futbolçu olaraq buna şərh verməyim düz deyil. Bizim işimiz tapşırıqları yerinə yetirməkdir.
- Hazırkı heyətiniz Azərbaycan kubokda ən azı finala çıxmaq üçün yetərlidir?
- Bizim üçün yarımfinal oyunları çox ağır keçəcək. "Sumqayıt” hazırda ən yaxşı formada olan iki komandadan biridir. Baş məşqçiləri Samir Abasovu yaxşı tanıyıram. Çox güclü və ciddi mütəxəssisdir. Çətin olacaq.
- Azərbaycan millisinidə sol cinah müdafiəçisi mövqeyi hər zaman problemli olub. Stabil oyun nümayiş etdirən bir futbolçu kimi mart toplanışında Qurban Qurbanovdan təklif alacağınıza ümid edirsiniz?
- Hər bir futbolçu millidən təklif gözləyir. Çağırsalar, şad olaram.
- Yeni transferlər barədə nə deyə bilərsiniz? Baş məşqçi Pablo Podio və Nemanya Stoyanoviç hələlik güvənmir...
- Baş məşqçinin işinə qarışa bilmərəm. Oyunçu seçimi ilə bağlı qərarı o verir. Kimə güvənəcəyini baş məşqçi bilər.
- "Zirə” ilə oyundan qabaq Yuri Maksimovun istefa verdiyi və futbolçularla vidalaşdığı yazıldı. Belə hal olub?
- Xeyr.
- "Zirə”yə həm baxımlı, həm də komandanızın qələbə qolunu vurdunuz. Özü də işlək olmayn sağ ayağınızla...
- Özüm də bilmədim ki, sağ ayaqla niyə vurdum (gülür). Bəlkə də, eyni epizodda sağ ayaqla 10 zərbə vursam, qapıya getməz. Qimət.
- Növbəti turda "Neftçi” ilə qarşılaşacaqsınız. Bu oyunla bağlı nə deyə bilərsiniz?
- "Neftçi” yaxşı komandadır. Xüsusən də orta xətt və hücumda güclü futbolçuları var. Maksumum nəticə qazanmağa çalışacağıq.