Kosovonun 21 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyununun hazırlığını başa vurub.
Sportnet.az Kosovo Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Rafet Prekazinin rəhbərlik etdiyi kollektivin son məşqi əlverişsiz hava şəraiti üzündən planlaşdırıldığından qısa sürüb. Futbolçuların üzəri qarla örtülmüş süni meydanda zədə almamaları üçün bu cür addım atılıb.
Qeyd edək ki, bu gün Mitrovitsa şəhərində Adem Yaşari adına Olimpiya stadionunda baş tutacaq Kosovo – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu komandaların Bakıdakı görüşündə qolsuz heç-heçə qeydə alınıb.