Azərbaycan I Divizionunda XX tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 3 görüş keçirilib. Lider "Qaradağ Lökbatan" evdə debütant "Sabah"ı yenə bilməyib. Tərəflər hərəyə 2 dəfə fərqləniblər.
"Mil-Muğan" digər debütant "Binə" ilə qolsuz heç-heçə edib.
"Turan Tovuz" isə daha bir debütant "Xəzər"ə səfərdə minimal hesabla yenilib. Bu nəticələrdən sonra Elşad Əhmədovun baş məşqçi olduğu komanda 2-ci pilləyə yüksəlib.
I Divizion, XX tur
23 mart (cümə)
"Mil-Muğan” – "Binə” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Elşən Acalov, Habil Əliyev, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: İlham Əliyev
Hakim-inspektor: Munis Abdullayev
Heydər Əliyev adına İmişli şəhər stadionu
"Qaradağ Lökbatan” – "Sabah” - 2:2
Qollar: Sabir Allahquliyev, 5. Əliqulu Manafov, 86 - Raul Yaqubzadə, 27. İlqar Ələkbərov, 83 (penalti ilə)
Hakimlər:Orxan Məmmədov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Elgün Hüseynov
AFFA nümayəndəsi: Rüfət Əliyev
Hakim-inspektor: Əlibala Ələsgərov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
"Xəzər” – "Turan Tovuz” - 1:0
Qol: Tural Qürbətov, 28
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Eyyub İbrahimov, Səbuhi Bayramov
AFFA nümayəndəsi: Vahid Hüseynov
Hakim-inspektor: Ramiz Əsədov
"İnter Arena”
24 mart (şənbə)
"Şüvəlan” – "Ağsu”
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Hüseynxəlil Orucoğlu, Anar Göyçayski
AFFA nümayəndəsi: Sahib Əliyev
Hakim-inspektor: Rufulla Kərimov
"AZAL Arena”
"Zaqatala” – MOİK
Hakimlər: Rəvan Həmzəzadə, Kənan Məlikov, Samir Hacıyev, Emin Nağıbəyov
AFFA nümayəndəsi: Rəhman Tağıyev
Hakim-inspektor: Azad Mütəllimov
Zaqatala şəhər stadionu
Hər iki görüş saat 15:00-da başlanacaq.