1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Azərbaycan millisi ciddi inkişaf edəcək" - MÜSAHİBƏ
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bu gün "Keşlə" komandası ilə qolsuz heç-heçə etdikləri yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Azərbaycan millisinin Belarusla yoldaşlıq görüşünü canlı izlədiniz?
- Xeyr. Evdə baxdım. Bu oyun mənim üçün də maraq doğururdu. Ən azı ona görə ki, heyətdə "Qəbələ"nin də futbolçuları var idi.
- Oyun barədə fikirləriniz necədir?
- Bilirsiniz, mən nəticəyə əhəmiyyət verməzdim. Aydındır ki, bu, məşq xarakterli oyun idi. İşləmək və oyunçuların müxtəlif xüsusiyyətlərini nəzərdən keçirmək lazımdır. Yığmaya bir çox yeni futbolçu da cəlb olunub. Fikrimcə, proses gedir. Şübhə etmirəm ki, Azərbaycan millisi ciddi inkişaf edəcək.
- Gördükləriniz hər hansı oyun sisteminin oturuşduğunu göstərir, yoxsa hələ işin başlanğıcı olduğunu düşünürsünüz?
- Bu məsələni şərh, analiz etmək istəməzdim. Çünki prinsipcə, mən etməli deyiləm. Sadəcə, onu deyə bilərəm ki, oyun üslubunun oturuşacağına və məşqçilər heyətinin komandanı tanınan vəziyyətə gətirəcəyinə şübhə etmirəm.
- Bəs "Keşlə" ilə oyun barədə nə deyə bilərsiniz?
- Bu gün futbolçuların qarşısına qoyulan əsas məqsəd o idi ki, hər biri çox güclü məşq etsin. Çünki biz rəsmi oyuna yaxın tarixdə yoldaşlıq görüşü keçirmək imkanı əldə etmişdik. Bundan yararlanmağa çalışdıq. Uşaqlar yaxşı məşq etdilər. Necə oynadığımızı, çıxışımızın məzmununu xüsusi analiz etməyə lüzum yoxdur. Çünki prinsipcə, hər şey gözlənilən idi. Ən əsası, budur ki, oyun xeyrimizə oldu.
- Bəs hansı mənfi məqamları qeyd edərdiniz?
- Açığı, mənfi məqamlar da var. Bunu konkret hansısa futbolçu barədə deməyəcəyəm. İstərdim ki, futbolçular onlara verdiyimiz göstərişləri tez yerinə yetirsinlər. Səhvlərin 2-3 dəfə təkrarlanması arzuolunmazdır.
- Qış fasiləsindən sonra Filip Ozobiçin lazımi formada olmadığı fikri ilə razılaşarsınız. Ona çoxmu vaxt lazımdır?
- Mən ona inanıram. Necə işlədiyini, çalışdığını görürəm.
- "Sumqayıt"la Topaz Premyer Liqasının XXI turunda keçirəcəyiniz ev oyunundan nə gözləyirsiniz?
- Nə gözləyə bilərik? Bütün oyunlardakı kimi, meydana qələbə ümidi ilə çıxacağıq. Bundan ötrü nə lazımdırsa, edəcəyik. Bizim üçün çətin və daha asan oyun anlayışları yoxdur. Hər bir oyun çətindir. Xalları asanlıqla qazanmırıq. Ciddi və yaxşı mübarizəyə köklənirik. Qələbə qazanmaqdan ötrü yaxşı formada olmaq lazımdır.
- "Sumqayıt"ın baş məşqçisi Samir Abasov ikinci yeri hədəflədiklərini bildirib. Bu pilləni də əldən verməkdən ehtiyatlanmırsınız?
- Düşünmürəm ki, 2-ci yeri tutmaq təkcə "Sumqayıt"ın hədəfidir. Bu pilləni tutmaq istəyən bir sıra komandalar da var. O cümlədən, biz də ikinci yeri tutmaq istəyirik. Ədalətli mübarizənin yekununda gümüş medalın taleyini həll etməliyik.