"Sumqayıt" komandası Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Qəbələ" ilə keçirəcəyi matçda iki futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Sportnet.az-ın məlumatına görə, bunlar müdafiəçisi Bəhlul Mustafazadə ilə hücumçu Ülvü İsgəndərovdur. İki klub arasındakı şifahi razılaşmaya əsasən, hər iki oyunçu müqavilə üzrə məxsus olduqları "Qəbələ"yə qarşı oynamayacaqlar.
Qeyd edək ki, oyun aprelin 2-də Qəbələ şəhər stadionunda keçiriləcək.