İngiltərənin "Liverpul" klubu misirli futbolçusu Məhəmməd Salahın təzminat qiymətini artırmağı planlaşdırır.
Sportnet.az-ın məlumatına görə, klub rəhbərliyi yarımmüdafiəçinin qiymətini 200 milyon avroyadək artıracaq. Salah klubu ilə müqaviləni yeniləsə aylıq 800 min avro qazanacaq. 26 yaşlı futbolçunu İspaniyanın "Real Madrid" klubu heyətinə daxil etmək istəyir.
Qeyd edək ki, Məhəmməd Salah yayda İtaliyanın "Roma" klubundan 42 milyon avroya "Liverpul"a transfer olunub. O, bu mövsüm 43 matçda iştirak edib və 37 qol vurub.