1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FIFA prezidentindən Böyükağa Hacıyev üçün başsağlığı
FİFA prezidenti Canni İnfantino AFFA-nın Məşqçilər Komitəsinin üzvü, müxtəlif komandalarda məşqçi və baş məşqçi vəzifəsində çalışmış Böyükağa Hacıyevin vəfatı ilə əlaqədar başsağlığı verib.
Sportnet.az-ın məlumatına görə, ali futbol qurumunun rəhbəri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Cənab Prezident!
Xahiş edirəm, milli komandanın keçmiş köməkçi-məşqçisi, "Bakı", "Neftçi" və digər klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyevin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.
Məqçi karyerası ərzində Böyükağa Hacıyev "Bakı" ilə klub tarixində ilk dəfə 2006-cı ildə, "Neftçi" ilə isə 2012-2013 və 2013-2014 mövsümlərində Azərbaycan çempionatının inamlı nəticələrlə qalibi olub. 2012-ci ildə isə Hacıyev Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk azərbaycanlı baş məşqçi ünvanına yiyələnib.
Dünya futbol ictimaiyyəti ictimaiyyəti adından dərin hüznlə başsağlığımı onun ailəsinə və əzizlərinə çatdırmaq istərdim.
İnanırıq ki, bizim dəstək sözlərimiz belə kədərli vaxtlarda onlara hansısa formada kiçik rahatlıq və təskinlik gətirə bilər".
Qeyd edək ki, Böyükağa Hacıyev uzun sürən xəstəlikdən sonra martın 16-da 60 yaşında ikən vəfat edib.