İngiltərə Premyer Liqasının XXXII turunda keçirilən "Kristal Pelas"la matç "Liverpul"un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, almaniyalı mütəxəssis İngiltərə təmsilçisinin baş məşqçisi kimi Premyer Liqada 100-cü oyununa çıxıb.
51 yaşlı çalışdırıcı 100 matçın 54-də qələbəyə sevinib və 28 qarşılaşma heç-heçə başa çatıb. "Liverpul" Kloppun rəhbərliyi altında çempionatda 18 görüşdə məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, "Liverpul" bu görüşdə "Kristal Pelas"ı 2:1 hesabı ilə üstələyib.
Xatırladaq ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"un baş məşqçisidir.
Кристал Пэлас - Ливерпуль. Обзор матча. Англия. Премьер-лига 2017/18. 32 тур. от ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.