Topaz Premyer Liqasının XXI turunda keçirilən "Qarabağ" - "Keşlə" matçında qonaqların qapıçısı Kamran Ağayev zədələnib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının kapitanı görüşün 40-cı dəqiqəsində əvəzlənib. Onun yerinə meydana Orxan Sadıqlı daxil olub. Ağayev diz nahiyəsindən xəsarət alıb.
Qeyd edək ki, qarşılaşmada birinci hissə oynanılır və "Keşlə" komandası 1:0 hesabı ilə öndədir.





































































