1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Pərdis Fərcad-Azad: “Aramızda heç nə olmamışdı”
"Yaxşı oynadıq, pressinq tətbiq edirdik. "Qarabağ”ı top saxlamağa qoymadıq”.
Sportnet.az xəbər verir ki, bunu "Keşlə”nin futbolçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının XXI turunda səfərdə "Qarabağ”la 1:1 hesablı heç-heçədən sonra deyib.
30 yaşlı forvard bildirib ki, qalib gələ bilmədikləri üçün təəssüflənir: "Doğrudan da yaxşı oyun alındı. Təəssüf ki, uda bilmədik. Açıq futbol oynamaqdan qorxmurduq. Baş məşqçi bildirdi ki, "Qəbələ” ilə görüşdəki kimi oynayın. Biz də istəyirdik ki, açıq futbol getsin. Qış fasiləsindən sonra ən yaxşı oyunumuzu oynadıq. Layiqli nəticə idi. "Qarabağ” da fasilədən sonra pis oynamadı. Hər iki komandanın qol imkanları vardı”.
Fərcad-Azad iki epizodda ötürmə vermədiyi üçün komanda yoldaşlarının etirazı ilə üzləşməsinə də toxunub: "Hücumçuyam da, rəqibin cərimə meydançasında top alanda vurmalıyam. Bəlkə də ötürmə verə bilərdim. Mənim vəzifəm qol vurmaqdır. Bunu etmək istəyirəm. Amma alınmadı. Bununla bağlı matçdan sonra mənə irad bildirilmədi. Vurdum, qapıya getmədi. Paxıl hücumçu deyiləm, ötürmə də edə bilirəm (gülür). Hücumçu cərimə meydançasının içində qapıya vurmalıdır. Mənim fikrim bu cürdür”.
Forvard qarşılaşmadan sonra "Qarabağ”ın kapitanı Rəşad Sadıqovla yaşadığı gərginliyə də aydınlıq gətirib: "Rəşad bir az hirslənmişdi. Ona çox böyük hörmətim var, yaxşı oyunçudur. Aramızda heç nə olmamışdı”.