"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının XXI turunda "Keşlə" ilə ev oyunundan əvvəl mükafatlandırılıb.
Sportnet.az-ın məlumatına görə, 36 yaşlı müdafiəçi "Futbol+" qəzetinin sorğusunda 2017-ci ilin futbolçusu seçildiyi üçün təltif olunub. Ona mükafatı qəzetin baş redaktoru Mahir Rüstəmli təqdim edib.
Qeyd edək ki, Rəşad Sadıqov İdman Araşdırmalar Mərkəzinin sorğusunda da ötən ilin ən yaxşı futbolçusu seçilib.







































































