1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Orxan Sadıqlı: "Kintananın cavabını qaytardım" - MÜSAHİBƏ
"Keşlə"nin qapıçısı Orxan Sadıqlı səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XXI tur matçından sonra brifinq keçirib. 25 yaşlı qolkiper Sportnet.az-ın da suallarını cavablandırıb...
- Səfərdə qazandığınız bir xalı özünüz üçün 3 xala bərabər sayırsınız?
- Bəli. Çünki "Qarabağ” ölkəmizi Çempionlar Liqasında təmsil etmiş klubdur. Onlar 3-4 ilin yox, illərin komandasıdır. Biz isə yeniyik. Heyətdə 2-3 köhnə futbolçu var. Qalan hər kəs təzədir. Bir də çalışırıq ki, "Keşlə”nin adını ucaldaq, çempionatda hara qədər gücümüz çatırsa, ora qədər gedək. Əsas hədəfimiz isə kubokdur.
- Slavik Alxasovun vurduğu qol kənardan necə göründü?
- Çox gözəl. Slavikdə belə zərbələr var. Çox sevindirici haldır ki, biz komandada müdafiəçilər də qol vura bilirlər. Onu təbrik edirəm.
- Yeni transfer Ebrima Sohna komandaya yetərincə kömək edə bilirmi?
- Transfer elə bir məsələdir ki, heç bir futbolçunun bu haqda danışmağa haqqı yoxdur. Onu da komandaya gətiriblərsə, demək, belə məsləhətdir. Hər şey təkcə ondan asılı deyil. O da əlindən gələni edir ki, komanda üçün xeyirli olsun. Sadəcə ola bilər, bir az yorğun görsənirdi. Çünki "İnter Arena"da məşq etmək futbolçu üçün çox çətindir. O da yeni gələnlər kimi çalışır ki, nəsə etsin.
- Rəqib futbolçu Dani Kintana ilə mübahisən oldu. Aranızda nə baş verirdi?
- Bu, epizoddan sonra yaşanan haldır. Sadəcə, ingilis dilində artıq danışdı və mən də cavabını qaytardım. Oyundan sonra yaxınlaşdım və bildirdi ki, problem yoxdur. Hər şey oyunda qaldı.
- Milliyə dəvət olunmadın. Bu haqda nə düşünürsən?
- Milli komandaya hər kəs dəvət gözləyir. Yığma elə bir yerdir ki, ora kin saxlamaq olmaz. Bu gün məni çağırmayıblarsa, yəqin belə məsləhət biliblər. Hər şey insanın özündən asılıdır. Oynamaq və inkişaf etmək istəyirəm. Yəqin ki, bunu bacaracağam.