19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının elit-raund mərhələsində bu gün ikinci oyununu keçirib. 
Sportnet.az-ın məlumatına görə, yığmamız Belçika ilə üz-üzə gəlib. Görüş rəqib komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1. Yığmamızın yeganə qolunu 88-ci dəqiqədə Cağla Kanpara vurub. 
Qeyd edək ki, Azərbaycan millisi elit-rauddakı ilk görüşündə Fransaya 0:6 hesabı ilə uduzub.  









                 





    
    
    
    
    
    
    
    
    

























































