Futbol üzrə Ermənistan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu vəzifə 5 ildən sonra yenidən Vardar Minasyana həvalə olunub. Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Hayrapetyanın irəli sürdüyü təklifi İcraiyyə Komitəsinin bütün üzvləri yekdilliklə dəstəkləyib. 
Qeyd edək ki, Vardar Minasyan 2009 - 2013-cü illərdə də Ermənistan milli komandasının baş məşqçisi olub. Onun rəhbərliyi altında Ermənistan yığması 2012-ci il Avropa çempionatının seçmə mərhələsində B qrupunu 17 xalla 3-cü yerdə başa vurub.









                 





    
    
    
    
    
    
    
    
    























































