1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Xəzər"in futbolçusu təhqirə görə cəzalandı
AFFA İntizam Komitəsi I Divizionda XXII turun 3 oyunu ilə bağlı cəza tədbirləri görüb.
Sportnet.az-ın məlumatına görə, "Şüvəlan”la matçın 66-cı dəqiqəsində "Sabah”ın futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
MOİK-lə görüşün 90+4-cü dəqiqəsində "Xəzər”in futbolçusu Tanrıverdi Məhərrəmli təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanıb, klub 160 manat cəriməyə məruz qalıb.
"Qaradağ Lökbatan”la qarşılaşmada "Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə alıb. Bununla əlaqədar İmişli klubu 80 manat cərimə olunub.