Azərbaycan I Divizionunda XXIII tura 2 oyunla start verilib. Sportnet.az-ın məlumatına görə, debütantlar "Sabah" və "Xəzər" arasındakı görüşün taleyini qonaq komandanın vurduğu 1 qol həll edib.
Həmin qola 90-cı dəqiqədə Kənan Mirzəliyev imza atıb. Bu qələbə sayəsində xallarını 41-ə çatdıran "Xəzər" ehtiyatda bir oyunu olan lider "Qaradağ Lökbatan"la xal fərqini 3-ə endirib. "Sabah" isə 30 xalla 7-ci pillədə qalıb.
Günün digər oyununda MOİK "Turan Tovuz" üzərində inamlı qələbə qazanıb. Qalib komandadan Bəhruz Teymurov dubl edib. O, ikinci qolunu penaltidən vurub.
12 aprel (cümə axşamı)
MOİK – "Turan Tovuz” - 3:1
Qollar: Bəhruz Teymurov, 13; 53-penalti ilə. Ayaz Mehdiyev, 84 - Rəhman Musayev, 90
Hakimlər: Rəşad Əhmədov, Nahid Əliyev, Roman Vasilyev, Anar Göyçayski
AFFA nümayəndəsi: Sabir Mütəllimov
Hakim-inspektor: Vaqif Ayvazov
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu
"Sabah” – "Xəzər” - 0:1
Qol: Kənan Mirzəliyev, 90
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Elxan Müslümov
AFFA nümayəndəsi: Novil İsmayılov
Hakim-inspektor: Munis Abdullayev
Binə qəsəbə stadionu
13 aprel (cümə)
"Qaradağ Lökbatan” – "Zaqatala”
Hakimlər: Fərid Məmmədov, Vüsal Qənbərov, Rahin Heybətov, Alik Yunusov
AFFA nümayəndəsi: Qabil Nərimanov
Hakim-inspektor: Rüfət Hüseynov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
"Binə” – "Şüvəlan”
Hakimlər: Ömər Paşayev, Cəmil Quliyev, Eyyub İbrahimov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Rəhman Tağıyev
Hakim-inspektor: Zöhrab Qədiyev
Binə qəsəbə stadionu
"Ağsu” – "Mil-Muğan”
Hakimlər: Ramil Əhmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Anar Fərəcov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Hakim-inspektor: Ramiz Əsədov
Ağsu şəhər stadionu
Oyunlar saat 16:00-da başlanacaq.