1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millinin sabiq futbolçusu Ginnesin Rekordlar Kitabına düşdü
Uruqvay millisinin sabiq futbolçusu Sebastyan Abreu Ginnesin Rekordlar Kitabına düşüb.
Sportnet.az xəbər verir ki, 41 yaşlı hücumçu karyerası ərzində hamıdan çox – 26 peşəkar klubda çıxış etdiyi üçün fərqləndirilib. O, ötən ilin dekabrında Çili təmsilçisi "Audaks İtalyano”ya keçməklə buna nail olub.
Abreu Ginnesin Rekordlar Kitabının rəsmi saytına açıqlamasında deyib:
"Açığı, heç vaxt "Ginnes”dəki dünya rekordunu qırmağa can atmamışam. Amma bu rekord məni çox sevindirir. Fəxr edirəm ki, Minas şəhərindən olan bir uruqvaylı futbol tarixində bu göstərəciyə imza atan yeganə oyunçudur”.
Qeyd edək ki, 1995-ci ildə vətənində "Defensor”da debüt edən Abreu 11 fərqli ölkənin – Uruqvay, Argentina, İspaniya, Braziliya, Meksika, İsrail, Yunanıstan, Ekvador, Paraqvay, Salvador və Çili klublarının formasını geyinib. O, yığmada 1996 – 2012-ci illərdə 70 oyuna 26 qol vurub.