1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Dieqo Perotti: "Qarabağ"la oyundan sonrakı halı təkrarlamamalıyıq"
"Hazırda daha formada olsam da, hər gün irəli getmək istəyirəm. Çempionlar Liqasının yarımfinalı həyatımızın ən vacib hadisəsidir. Amma indi derbi haqqında da düşünməliyik”.
Sportnet.az-ın məlumatına görə, bunu İtaliyanın "Roma” klubunun futbolçusu Dieqo Perotti A Seriasının XXXII turunda qarşılaşacaqları "Latsio” ilə matç barədə danışarkən deyib. 30 yaşlı yarımmüdafiəçi bildirib ki, bugünkü qarşılaşma çempionatda mövsümün ən vacib görüşüdür: "Bu, həm də ona görə vacibdir ki, hazırda xallarımız eynidir. Bu qarşılaşmada qələbə qazanıb, xal fərqini 3-ə qaldırmaq istəyirik”.
Perotti Çempionlar Liqasının qrup mərhələsinin son matçında "Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikdən sonra komandanın arxayınlaşdığını xatırladıb: "Qarabağ”la oyundan sonra nə isə vacib bir şey etdiyimizi düşündük. Bu düşüncə səhv idi. Yenə eyni halı təkrarlaya bilmərik. Çünki daha vəziyyəti düzəltməyə vaxtımız olmayacaq. "Barselona” üzərində qələbənin bizə verdiyi enerji "Latsio” ilə matça da sirayət etməlidir".
Qeyd edək ki, bu gün "Olimpiko" stadionunda keçiriləcək "Latsio" - "Roma" matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Hazırda "Latsio", "İnter" və "Roma" 60 xalla 3 - 5-ci yerləri bölüşürlər. Lakin "İnter" paytaxt komandalarından fərqli olaraq, artıq hesabat turunun oyununu keçirib.