Türkiyə Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində təxirə salınan "Fənərbağça" - "Beşiktaş" matçının keçiriləcəyi tarix müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, İstanbul derbisi mayın 3-də baş tutacaq.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası görüşün 57-ci dəqiqədən etibarən - qaldığı yerdən davam etdirilməsinə qərar verib. Qarşılaşmanın qalan hissəsi boş tribunalar qarşısında davam etdiriləcək.