"Zirə"nin qapıçısı Anar Nəzirov evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXV tur matçından sonra brifinq keçirib. Təcrübəli qolkiper Sportnet.az-ın da suallarını cavablandırıb...
- Ardıcıl 11-ci oyunu da qələbəsiz başa vurmağınıza səbəb nə oldu?
- Qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışdıq. Lakin sonda məğlub oluq. "Qara zolağ"a düşmüşük, çıxa bilmirik. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək istəyirik, ancaq oyunumuz alınmır.
- Bir xal qazanmaq imkanınız var idi. Amma son dəqiqələrdə buraxılan qolla məğlub oldunuz. Komandada nə çatmadı?
- "Qarabağ”ın ən güclü oyunçusu son qolda öz sözünün dedi. Onların hər bir futbolçusu fərdi olaraq istedadlıdır və son nöqtəni qoymaqda ustadırlar. Özünüzün də gödüyünüz kimi, vəziyyətimiz yaxşı deyil.
- Bu gedişlə Avropa Liqasına vəsiqə qazanmaq şanslarınız azalır...
- Biz hər oyuna ümidlə çıxırıq. Qarşıda üç matçımız var. Ayxan Abbasov da bizimlə söhbət zamanı bildirib ki, hər nə olursa, olsun, sona qədər mübarizə aparacağıq.
- Yəqin ki həmin üç oyun sizin üçün finala bərabər olacaq...
- Əlbəttə, bu oyun da finala bərabər idi. Qalan görüşlərdə də meydana çıxıb əlimizdən gələni edəcəyik.
- Bu gün nümayiş etdirdiyiniz oyunla qarşıdakı üç görüşdə qələbə qazanacağınıza nə dərəcədə əminsən?
- Biz meydana çıxıb asan təslim olmadıq. Görüş qarşılıqlı hücumlar şəraitində keçdi. Bildiyiniz kimi, ciddi zədələrimiz də var. Rəqib də güclü idi. Lakin sona qədər mübarizə aparacağıq.