
Dieqo Maradona Birləşmiş Ərəb Əmirliklərinin I divizionunda çıxış edən "Əl-Fucayra” komandasının baş məşqçisi postundan istefa verib.
Sportnet.az BBC-yə istinadən verdiyi məlumata görə, 57 yaşlı mütəxəssis qarşıya qoyulan tapşırığı - komandanı yüksək dəstəyə çıxarmağı bacarmadığı üçün postundan gedib.
Qeyd edək ki, Maradona ötən ilin mayından "Əl-Fucayra”ya rəhbərlik edirdi. O, 2008 – 2010-cu illərdə Argentina millisinin baş məşqçisi olub.