"Neftçi"nin futbolçusu Fransisko Qarsiya səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXV tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, paraqvaylı yarımmüdafiəçi öncə oyunu dəyərləndirib...
- Oyunu necə dəyərləndirərdin?
- Əlbəttə, oyuna qələbə üçün çıxmışdıq. Çünki bilirdik ki, bizə 3 xal hava-su kimi lazım idi. Rəqib komandada isə itirləcəsi heç bir şey yox idi. Bu üzdən meydana rahat çıxmışdılar. Sonda da qazanan tərəf onlar oldu.
- "Neftçi" son vaxtlat təbii otda oynayırdı. bu dəfə isə süniz qazonda çıxış etdi. Komanda yoldaşın Namiq Ələsgərov də ot örtüyündən şikayətləndi. Bu amil oyununuza problem yaratdımı?
- Belə qazonun olması yaxşı hal deyil. Süni örtükdə rahat oynaya bilmirik.
- Azarkeşləriniz oyundan sonra komandanın çıxışından narazılıq edirdi. Fanatlarını haqlı sayırsanmı?
- Azarkeşlərimiz yaxşı gündə də, pis gündə də yanımızda olurlar. Onlar hər zaman bizi dəstəkləyirlər. Şikayətçidirlərsə, deməli, nədənsə narazılqıları var. Biz də bundan nəticə çıxarmalıyıq. Çalışmalıyıq ki, həm onlara, həm də özümüzə görə daha da yaxşı oynayaraq qələbə bəxş edək. Azarkeşlərimzii bizi son oyunadək dəstəkləməyə çağırırıq.
- Növbəti turda "Qarabağ"la oyundan nə gözləyirsən? Rəqib çempionluğu rəsmiləşdirib...
- Bizə xal qazanmaq lazımdır. Bilirik ki, növbəti matçda da çox çətin olacaq. Çalışacağıq ki, yaxşı oyun göstərək və 3 xal qazanaq.
- Çoxları düşünürdü ki, "Neftçi" Qəbələ səfərindəki 2:1 hesablı qələbədən sonra artıq finaldadır. Ancaq komandanız cavab matçında şok məğlubiyyət yaşadı. Həmin şokdan ayıla bilmisizmi?
- Bu oyunda əlbəttə, qalib gəlməyi gözləyirdik. Ancaq gözlənilmədən uduzduq. Bu da bizim üçün böyük zərbə oldu. Ancaq çalışırıq ki, bu məğlubiyyətin təsirindən çıxaq və çempionat matçlarını fikirləşək.
- Avropa Liqa şanslarıınızı necə dəyərləndirirsiniz?
- Hər şey öz əlimizdədir. Çalışacaq ki, növbəti oyunlarda qələbə qazanaq.