1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ozobiçdən 25-ci qol, «Qəbələ»dən 48-ci darmadağın
"Qəbələ" komandası tarixi ərzində 48-ci böyük hesablı qələbə qazanıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sonuncu darmadağın Topaz Premyer Liqasının XXV turunda "Kəpəz”lə görüşə təsadüf edib - 3:0.
3 və ya daha çox top fərqinin qeydə alındığı qarşılaşmalardan 27-si Premyer Liqaya təsadüf edib. Cari mövsümdə 3-cü belə uğuruna imza atan komanda 2017-ci il noyabrın 25-də səfərdə "Kəpəz”i 6:1, dekabrın 3-də evdə "Keşlə”ni 3:0 hesabı ilə məğlub edib. 2018-ci ildə ilk böyükhesablı qələbəni bayram edən "Qəbələ” öz meydanında ümumilikdə 31-ci, Premyer Liqa matçlarında 16-cı dəfə belə fərqlə qalib gəlib.
"Kəpəz”lə oyunda hesabı açan Filip Ozobiç "Qəbələ”nin heyətində özünün yubiley - 25-ci qoluna sevinib. Buna özünün 71-ci matçında nail olan xorvatiyalı yarımmüdafiəçi klub tarixinin bombardirləri siyahısında 4-cüdür. O, yalnız Viktor Mendi (33), Dodo (30) və Baqali Dabodan (26) geri qalır.
Kapitanı Cavid Hüseynov "qırmızı-qara” formada 18-ci qolunu vurmaqla Kənan Kərimov və Aleksey Qaya çatıb. Bu "üçlük” 7-ci yerə şərikdir.
Qol sayını 11-ə çatdıran Stiven Jozef-Monroz isə Ruslan Qurbanovla Rəşad Yusubova çatıb. Onlar 17 - 19-cu yerlərdə qərarlaşıb.
Gəncə təmsilçisi ilə qarşılaşma həm də Cavid Hüseynovun "Qəbələ”nin formasında Premyer Liqada keçirdiyi 60-cı oyun olub. O, ən azı bu qədər matça çıxan 17-ci futbolçudur. Çempionatda 13 qola sevinən kapitan bu göstəricidə 9-cudur. Premyer Liqada 16-cı dəfə rəqib qapısına yol tapıb, Yannik Kamanana çatan Ozobiç 4-cü yerə şərikdir. Jozef-Monroz isə Sergey Zenyov, Fərzad Hatəmi və Lorenso Ebesilio ilə eyni qədər - 8 qol vurub və 14-cü sıradadır.