Futbol üzrə Azərbaycan Premyer Liqasında komanda sayı artırılmayacaq.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil etdiyi brifinqdə bildirib.
O bildirib ki, I Divizion komandalarından yalnız "Sabah" tam şəkildə sənədlərini təqdim edib. Lakin bu komandanın Premyer Liqada sonuncu yeri tutan "Kəpəz"i əvəzləyib-əvəzləməyəcəyinə AFFA-nın Lisenziyalaşdırma Qrupu qərar verəcək.









































































