"Neftçi" klubu "Kəpəz"lə keçirəcəyi Topaz Premyer Liqasının XXVIII tur matçı üçün Gəncəyə yollanıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, səfər matçında 2 futbolçunun xidmətindən yararlanmaq mümkün olmayacaq. Elnur Cəfərov xəstələndiyi üçün son məşqi buraxmalı olub. O, səfərə çıxan heyətdə də yer almayıb.
Derlis Meza Kolli isə sarı vərəqə limitini keçdiyi üçün üçün son oyunu buraxacaq.
Qeyd edək ki, 27 turdan sonra "Neftçi" 43 xalla 3-cü pillədə qərarlaşıb. Flaqman bürünc medal qazanmaq üçün "Kəpəz"ə uduzmamalıdır. Gəncədə heç-heçə qeydə alınacağı təqdirdə, "Zirə" "Sumqayıt"ı yenərək, bürünc medala yiyələnə bilər. 14 xalla sonuncu pillədə qərarlaşan "Kəpəz" isə əsasnaməyə görə, bu görüşdən sonra I Diviziona enməlidir.