O, məşq zamanı köhnə zədəsini təzələyib. Tibbi müayinə nəticəsində onun 3 həftəyədək yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Komandanın digər zədəlilərinə gəldikdə, Alfred Sanko və Əfran İsmayılov artıq kollektiv məşqlərə başlayıblar. Sanko məhz zədə səbəbindən, Sierra Leone yığmasından aldığı dəvəti geri çevirib, İsmayılov isə Topaz Premyer Liqasının ötən turunda "Qəbələ" ilə oyun öncəsi məşqdə zədələnib.
Oktyabrın 10-da "Xəzər Lənkəran" özünün əvəzedicilərdən ibarət komandası ilə yoxlama oyunu keçirəcək. Matçın ardından komandaya iki günlük istirahət veriləcək.