1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kapitanın 150-ci oyunu
Topaz Premyer Liqasının XXVIII turunun "Kəpəz” – "Neftçi” matçı 2 yubileylə əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, 2:1 hesablı səfər qələbəsi ilə çempionatın bürünc medalını qazanan qonaqların iki oyunçusu ölkə birinciliklərində "ağ-qaralar”ın heyətində əlamətdar matçına çıxıb.
Gəncədəki görüşdə hesabı açan Ruslan Abışov "Neftçi”də 150-ci çempionat oyununu keçirib. Yubileyi qolla qeyd edən müdafiəçi bu göstəricidə "Neftçi”nin Azərbaycan çempionatları tarixində 5-ci oyunçusudur. Onun komanda yoldaşı Rəhman Hacıyev isə 100-ə çatıb. O, "Neftçi”də 100 və daha çox çempionat matçına çıxan 25-ci oyunçudur.
Qeyd edək ki, ümumilikdə Azərbaycan çempionatlarında Ruslan 224-cü, Rəhman 162-ci oyununu keçirib.