
Azərbaycanı Avropa kuboklarında təmsil edəcək bütün komandaların adları müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, sonuncu vəsiqənin taleyinə "Keşlə" və "Qəbələ" arasındakı final matçından sonra aydınlıq gəlib. Paytaxt təmsilçisi 1:0 hesablı qələbə sayəsində tarixində ilk dəfə ölkə kubokunu qazanıb. Yuri Maksimovun baş məşqçi olduğu kollektiv həm də Avropa Liqasına yüksəlib. Bununla da Azərbaycan Premyer Liqasında 4-cü yeri tutmuş "Zirə"nin Avroliqa ümidləri puça çıxıb.
Beləliklə, 2018-2019 mövsümündə Azərbaycanı Çempionlar Liqasında qızıl medalçı "Qarabağ", Avropa Liqasında isə gümüş və bürünc mükafatçılar "Qəbələ", "Neftçi", eləcə də kubokun sahibi "Keşlə" təmsil edəcək. Bütün 4 komanda mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.
Qeyd edək ki, Yuri Maksimov həm də "Keşlə"yə (əvvəlki adı "İnter") Azərbaycan Kubokunu qazandıran ilk baş məşqçi kimi tarixə düşüb.