1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Axundov: "Udan adama mükafat verilməlidir" - MÜSAHİBƏ
"Çətin keçən mövsüm ərzində klubda baş verən bütün olaylardan xəbərdarsınız. "Keşlə”nin Azərbaycan Kubokuna sahib çıxması bütün komandanın zəhmətinin bəhrəsidir. Fikirləşirəm ki, artıq pis günlər arxada qaldı. Uğurlarımızı davam etdirməyə çalışacağıq”.
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Kubokunun finalında "Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən "Keşlə” klubunun prezidenti Zaur Axundov deyib.
Paytaxt təmsilçisinin rəhbəri jurnalistlərin suallarını da cavablandırıb...
- Artıq bundan sonra Avropa Liqası barədə düşünməli olacaqsınız. Baş məşqçi Yuri Maksimovla müqavilənin müddəti uzadılacaqmı və ümumiyyətlə, heyətlə bağlı hansı yeniliklər olacaqmı?
- Maksimov nəticə verən mütəxəssisdir. Komanda qış fasiləsindən sonra toparlandı, lazım olan səviyyədə futbol sərgilədi. Baxmayaraq ki, bir çox futbolçu kollektivə yeni qoşulmuşdu. Bir-birilərini başa düşmək üçün onlara vaxt lazım idi. Ancaq baş məşqçi və futbolçular öz peşəkarlıqlarını göstərdilər. Çətin keçən 5 ayın zəhməti öz bəhrəsini verdi. Həm baş məşqçidən, həm də komandadan razıyam. Artıq sabahdan avrokubok hazırlığına start veriləcək. Çalışacağıq ki, komandamız qitə miqyasında da yaxşı nəticə göstərsin.
- Deyilənə görə, finaldakı qələbə üçün yaxşı mükafat söz vermisiniz...
- Udan adama mükafat verilməlidir də. Bu, yüz faiz olmalıdır (gülür).
- Söhbət hansı məbləğdən gedir?
- İcazə verin, bu, klubun daxilində qalsın.
- Yeni legioner transferləri hansı ölkələrdən olacaq?
- Baş məşqçi və rəhbər heyəti olaraq, bu oyunu gözləyirdik. Yəqin ki, sabahdan baş məşqçi avrokuboka hazırlıq üçün öz proqramını ortaya qoyacaq. Komandaya yeni nəfəs gətirəcək. Danışığımız da belə olub. Baş məşqçi seleksiya işini hansı formada istəsə, biz də işimizi həmin istiqamətdə görəcəyik.
- "Keşlə” növbəti mövsümdə Premyer Liqada medallar uğrunda mübarizə aparacaq?
- Özümü tərifləməyim, futzalda da hədəfim həmişə yüksək yerlər olub. Növbəti mövsümdə ilk "üçlük” üçün oynayacağıq.