İtaliyanın "Roma” klubunun futbolçusu Kevin Strootmanın 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin son oyununda "Qarabağ”la matçda geyindiyi forma hərraca çıxarılıb.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi bu barədə şəxsi "twitter” hesabından paylaşım edib. İtaliya klubu fiziki, psixoloji, iqtisadi, sosial problemləri olan və valideynlərini itirən uşaqlara dəstək kampaniyası çərçivəsində bu addımı atıb.
Qeyd edək ki, "Roma” dekabrın 5-i "Stadio Olimpico" stadionunda baş tutan qarşılaşmada "Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.