1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronaldu 8 il həbs cəzası ala bilər
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu 8 il həbs cəzası ala bilər.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçunu vergidən yayındığına görə, həbs cəzası gözləyir. Portuqaliya yığmasının hücumçusu həbs olunmaması üçün iyunun 15-dək İspaniya vergi orqanlarına 28 milyon avro ödəməlidir.
Təcrübəli forvard 2011 - 2014-cü illərdə 14,7 milyon avronu vergidən yayındırmaqda ittiham olunur. Prokurorluq hesab edir ki, futbolçu biznes-strukturu yaratmaq üçün gəlirlərinin gizlədilməsindən istifadə edib.
Qeyd edək ki, bu gün Zinəddin Zidan "Real Madrid"in baş məşqçi postundan istefa verib. O, qərarının Kriştianu Ronaldu ilə bağlı olmadığını açıqlayıb.