1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İki oyunçusu "Zirə" ilə razılaşdı
"Zirə”nin kapitanı Anar Nəzirov və vitse-kapitan Kamal Bayramov klubdan onlara ünvanlanan yeni müqavilə təklifini müsbət cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Report”a Bayramovun özü məlumat verib. O, bildirib ki, həm özü, həm də Nəzirov bir illik sözləşməyə imza atacaqlar.
Artıq hər iki qapıçı ilə yeni müqavilələrin detalları dəqiqləşdirilib. 33 yaşlı qolkiper qərarını belə şərh edib: "Bu klub mənə doğmadır. Təəssüf ki, Avropa Liqasına vəsiqə qazana bilmədik. Həm öz, həm də azarkeşlərimiz adına çox üzüldüm. Lakin artıq irəliyə baxmaq, səhvlərdən nəticə çıxarmaq lazımdır. Çətinliklərə baxmayaraq, birlik və bərabərliyimizi qoruya bildik. Önəmli olan bax, budur. Klub rəhbərliyinə, fəxri prezidentimizə bizə verdikləri dəstək üçün təşəkkür edirik. Bizi tək buraxmayan azarkeşlərə də minnətdaram. Növbəti mövsüm uğurlu nəticələrlərlə "Zirə”sevərləri sevindirəcəyik”, - 33 yaşlı qolkiper söyləyib.
Qeyd edək ki, Anar Nəzirovla Kamal Bayramov "Zirə"də 2015-ci ilin yayından çıxış edirlər.