"Sumqayıt” Futbol Klubunda Prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib.
Sportnet.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, iclasda qarşıya qoyulan əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub. Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıb.
Beləliklə, adıçəkilən mütəxəssis qarşıdakı 2 mövsümdə "Sumqayıt” FK-nın baş məşqçisi vəzifəsini yerinə yetirəcək. 









                 





    
    
    
    
    
    
    
    
    





















































