
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Norveçlə keçirəcəyi oyunun hakimləri müəyyənləşib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq görüşü ukraynalı referilər idarə edəcək.
Qeyd edək ki, Azərbaycan – Norveç qarşılaşması iyunun 1-də, saat 20:00-da, Bayıl stadionunda keçiriləcək.
Baş hakim: Anatoli Abdula
Baş hakimin köməkçiləri: Oleq Plujnik, Sergey Bekker
Dördüncü hakim: Vitali Romanov (Hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)