Rusiya Premyer Liqasında 2017-2018 mövsümünün müxtəlif nominasiyalar üzrə qaliblərinin adları açıqlanıb.
Sportnet.az-ın Rusiya Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, "Qəbələ" klubunun sabiq baş məşqçisi Yuri Syomin başa çatan mövsümün ən yaxşı məşqçisi seçilib. 71 yaşlı mütəxəssisin rəhbərlik etdiyi "Lokomotiv isə mövsümün ən yaxşı komandası olub.
"Krosnadar" klubunun futboçusu Fyodor Smolov ən yaxşı oyunçu, MOİK-in yarımmüdafiəçisi Aleksandr Qolovin ən yaxşı gənc futbolçu adına layiq görülüb.
Qeyd edək ki, "Lokomotiv" 2017-2018 mövsümündə Rusiya Premyer Liqasının qalibi olub. Yuri Syominin baş məşqçisi olduğu kollektiv 14 ildən sonra bu uğuru təkrarlaya bilib.