1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter" vətənə qələbə ilə döndü
Gürcüstanda təlim-məşq toplanışında olan paytaxtın "İnter" klubu dünən yoxlama matçı keçirdib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Qori şəhərinin Tenqiz Burjanadze adına stadionda baş tutmuş görüşdə "bankirlər"in rəqibi yerli "Samtredia" klubu olub.
Baş məşqçisi Kaxaber Tsxadadze əsas heyətdə bu futbolçulara yer verib:
Giorgi Lomaya, Məhəmməd Mirzəbəyov, Aleksandr Amisulaşvili, Laşa Salukvadze, Arif Daşdəmirov, Coşqun Diniyev, Derlis Meza Kolli, Mikel Alvaro, Asif Məmmədov, Junior Nildo və Baçana Tsxdadadze.
İlk hissədə qol vurulmasa da, fasilədən sonra "İnter" "Samtredia"nın qapısına iki dəfə yol tapıb. Əvvəlcə Yohan Bokonyano 11 metrlik cərimə zərbəsindən istifadə edib, ikinci qolu isə fasilədən sonra meydana daxil olan Nizami Hacıyev vurub.
Qeyd edək ki, "İnter" artıq Bakıdadır.