Rusiyanın Kazan şəhərində valideynlər yeni doğulmuş uşağa argentinalı futbolçu Lionel Messinin adını veriblər.
Sportnet.az-ın Kazan meriyasının rəsmi saytına istinadən məlumatına görə, körpə məşhur hücumçunun şərəfinə Lionel adlandırılıb.
İyunun 30-da Tatarıstan paytaxtında Argentina yığması dünya çempionatının 1/8 final matçında Fransa ilə üz-üzə gəlib. Görüş Fransanın 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.