"Uypeşt”lə oyunun biletləri daha 3 məntəqədə satışa çıxarıldı
Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin Macarıstan "Uypeşt”i ilə keçirəcəyi ev oyununun biletləri daha 3 məntəqədə satışa çıxarılıb.
Sportnet.az-ın məlumatına görə, biletləri "Dalğa Arena” və "Bakcell Arena” stadionlarının kassaları ilə yanaşı, "Rahat market”in "Neftçilər”, "Metropark” və "Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündür. Kassalar hər gün saat 10:00-dan 22:00-dək işləyir. Qiymətlər 1, 2, 5 və 20 (VİP yerlər) manat təşkil edir.
Qeyd edək ki, iyulun 12-da "Dalğa Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq.















































































